Bakıda avtomobil beton arakəsməyə çırpılıb - FOTO - VİDEO

Bakıda avtomobil beton arakəsməyə çırpılıb - FOTO  - VİDEO
# 28 yanvar 2022 04:52 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

Belə ki, Sadıqcan Əhmədov idarə etdiyi “BMW” markalı maşınla hərəkətdə olan zaman naməlum markalı nəqliyyat vasitəsinin sürücüsü qəfil onun qarşısında manevr edib. Bu zaman S.Əhmədov sükana nəzarəti itirib.

Həmin vaxt idarəetmədən çıxan “BMW” yolayrıcı beton arakəsməyə çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb.

Faktı Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR