Bakıda avtomobillə qətl törədilib

Bakıda avtomobillə qətl törədilib
# 24 iyun 2019 13:26 (UTC +04:00)

Bakıda qətl törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 23-də saat 23 radələrində Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini M.Baxşəliyev münaqişə zəminində, idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Xaçmaz rayon sakini Rəşad Əliyevi vurması və sonuncunun hadisə yerində ölməsi barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən M.Baxşəliyev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR