Suraxanıda azyaşlı qız binadan yıxılaraq ağır xəsarət alıb

Suraxanıda azyaşlı qız binadan yıxılaraq ağır xəsarət alıb
# 29 avqust 2019 23:20 (UTC +04:00)

Suraxanı rayonunda 2015-ci il təvəllüdlü Muradxani Püstəxanım Pərviz qızı yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Əmircan qəsəbəsində baş verib.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR