Bakıda bıçaqlanma olub, bir nəfər ölüb

Bakıda bıçaqlanma olub, bir nəfər ölüb
# 28 iyun 2023 12:26 (UTC +04:00)

İyunun 28-i saat 01 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yerləşən kafelərin birində Bakı şəhər sakini Akif Məcidov münaqişə zəminində paytaxt sakini əvvəllər məhkum olunmuş Zaur Nemətova bıçaqla xəsarət yetirib.

Bu barədə APA-ya DİN-dən məlumat verilib.

Qeyd olunub ki, Zaur Nemətov xəstəxanaya aparılarkən ölüb.

“Xəzər rayonu 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən A.Məcidov tutularaq istintaqa təhvil verilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR