Bakıda boya sexində baş verən yanğın söndürülüb - YENİLƏNİB-2 - FOTO

Bakıda boya sexində baş verən yanğın söndürülüb - YENİLƏNİB-2 - FOTO
# 27 avqust 2019 15:49 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Bakıda boya sexində baş verən yanğınla bağlı yekun məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 1200 m² olan birmərtəbəli boya emalı sexinin yanar konstruksiyaları 200 m² sahədə və 4 ədəd dəzgah yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Saat 12:13

Fövqəladə Hallar Nazirliyi Bakıda boya sexində baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Nərimanov rayonunda boya sexində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası vasitəsi ilə söndürülüb.

***

Saat 12:01

Bakı Nəqliyyat Agentliyi (BNA) Nərimanov rayonu ərazisində boya sexində yanğınla bağlı məlumat yayıb.

BNA-dan APA-ya verilən xəbərə görə, yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda “Ulduz” stansiyası ilə Heydər Əliyev prospektini birləşdirən Araz küçəsindən istifadə etməmələri xahiş olunur.

***

Saat 11:50

Bakıda yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən boya sexində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR