Bakıda gənc dava edənləri ayırmaq istəyərkən bıçaqlanıb

Bakıda gənc dava edənləri ayırmaq istəyərkən bıçaqlanıb
# 15 dekabr 2021 02:14 (UTC +04:00)

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə 2 nömrəli peşə litseyinin yataqxanasının yaxınlığında qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Əsədov Fərman Tahir oğlu yaşadığı evin yaxınlığında əlbəyaxa dava edən iki nəfəri münaqişə etməməyə çağırıb. Lakin tərəflərdən biri F.Əsədova bıçaq zərbələri vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR