Bakıda kişi naməlum şəraitdə bıçaqlanıb

Bakıda kişi naməlum şəraitdə bıçaqlanıb
# 27 sentyabr 2019 00:56 (UTC +04:00)

Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, "Erməni qəbiristanlığı" kimi tanınan ərazidə gecə klublarından birinin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən 1988-ci il təvəllüdlü Ağalarov Nahid Bəylər oğlu bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Ona ayağın kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR