Bakıda maşın qaçıran şəxs aeroportda tutulub

Bakıda maşın qaçıran şəxs aeroportda tutulub
# 22 yanvar 2022 11:43 (UTC +04:00)

Bakıda avtomobil qaçıran şəxs Beynəlxalq Hava Limanı ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə yanvarın 21-də saat 23 radələrində M. Həsənov küçəsindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini S. Abbasov qısa müddətdə Beynəlxalq Hava Limanı ərazisində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR