Bakıda mənzil yandırmaqda təqsirləndirilən şəxslərə bəraət verilib

Bakıda mənzil yandırmaqda təqsirləndirilən şəxslərə bəraət verilib
# 15 dekabr 2023 13:33 (UTC +04:00)

Bakıda mənzili yandıraraq əmlakı məhv etmədə təqsirləndirilən Anar Qasımovun, bu cinayəti sifariş etməkdə təqsirləndirilən, vaxtilə Dövlət Təhlükəsizliyi Xidmətində sürücü kimi çalışmış Fariz Yunisovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi olmadığından hər iki şəxsə bəraət verilib.

Hakim həmçinin qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin məhkəməyə daxil olan ekspertiza rəyində mənzilin qısaqapanmadan yandığı məlum olub.

Qeyd edək ki, ötən il Xətai rayonu, NZS qəsəbəsində mənzil yanıb. Zərərçəkən şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək evini qonşusu Fariz Yunisovun sifarişi ilə Anar Qasımovun yandırdığını deyib. Hər iki şəxsə ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR