Qaradağ rayonunda döyülmə hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1980-ci il təvəllüdlü Günel Əhmədova işlədiyi kafedə müştərilərlə mübahisə edib. Nəticədə o iki naməlum kişi tərəfindən döyülüb.
Yaralı xəstəxanaya yerləşdirilib. Zərərçəkən bu barədə Qaradağ Rayon Polis İdarəsinə şikayət edib.
Faktla bağlı araşdırma aparılır.