Bakıda qamışlıq ərazidəki yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Bakıda qamışlıq ərazidəki yanğın söndürülüb  - YENİLƏNİB  - VİDEO
# 08 fevral 2024 19:30 (UTC +04:00)

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu Gülbala Əliyev küçəsində qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində qamışlıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənərək bitişik evlərə və neft buruqlarına keçməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində, ilkin hesablamaya əsasən, təqribən 700 kv.m sahədə qamışlıq yanıb. Ərazidə yerləşən fərdi yaşayış evləri, neft buruqları və kommunikasiya xətləri yanğından mühafizə olunub.

***

18:22

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi yaxınlığında qamışlıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR