Bakıda qəza zamanı avtomobil yanıb - FOTO - VİDEO

Bakıda qəza zamanı avtomobil yanıb  - FOTO  - VİDEO
# 20 dekabr 2021 03:40 (UTC +04:00)

Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Xəqani və Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb.

“Haval” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirdiyindən “Mercedes” markalı maşınla toqquşub. Zərbənin təsirindən “Haval” işıq dirəyinə çırpılıb. Qəza zamanı “Mercedes” yanğın baş verib. Əraziyə FHN-nin DYMX-nın əməkdaşları cəlb edilib. Yanğının qarşısı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR