Bakıda sərxoş gənc döyülərək ağır xəsarət alıb

Bakıda sərxoş gənc döyülərək ağır xəsarət alıb
# 28 iyun 2019 00:37 (UTC +04:00)

Bakıda 26 yaşlı oğlan küt alətlə döyülərək ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə metronun "Xalqlar dostluğu" stansiyası yaxınlığında baş verib.

1993-cü il təvəllüdlü Vəliyev Elçin Bəşir oğlu naməlum şəraitdə ağır xəsarət alıb. Yaralı ağır vəziyyətdə təcili tibbi yardım vasitəsilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. E.Vəliyev Reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, E.Vəliyev küt alətlə döyülüb. Hadisə zamanı onun içkili vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR