Bakıda soyğunçuluqda şübhəli bilinən şəxslər saxlanılıb

Bakıda soyğunçuluqda şübhəli bilinən şəxslər saxlanılıb
# 28 dekabr 2023 09:31 (UTC +04:00)

Dekabrın 24-də Yasamal rayonu ərazisində bir nəfərin mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə 26-cı Polis Bölməsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum edilmiş İsmayıl Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.

Dekabrın 25-də isə Nəsimi rayonu ərazisində bir nəfərin mobil telefonunun və içərisində pul olan çantasının soyğunçuluq yolu ilə talanması barədə 19-cu Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri Orxan Həsənzadə və Cavad Pirnəzirli müəyyən olunaraq saxlanılıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR