Bakıda üç avtomobil toqquşub - FOTO - VİDEO

Bakıda üç avtomobil toqquşub  - FOTO   - VİDEO
# 13 oktyabr 2022 04:09 (UTC +04:00)

Bakının Xətai rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə 8 noyabr prospektində qeydə alınıb.

“Azsamand” markalı avtomobili idarə edən şəxs sükana nəzarəti itirib. Nəticədə nəqliyyat vasitəsi idaretmədən çıxaraq eyni istiqamətdə hərəkətdə olan “Chevrolet” markalı maşına çırpılıb. Zərbənin gücündən “Chevrolet” eyni istiqamətdə hərəkətdə olan “BMW” markalı maşına dəyərək dayanıb. Yolda sıxlıq yaranıb. Qəzanın baş verdiyi əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR