Bakıda yaşayış binasında təhlükəli hal aradan qaldırılıb

Bakıda yaşayış binasında təhlükəli hal aradan qaldırılıb
# 25 dekabr 2023 16:31 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının xarici divarına bərkidilən peyk antenasının yerindən qoparaq ağacın üzərində asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub.

Xilasedicilər antenanı müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR