Bakıda yol qəzası baş verib, xəsarət alanlar var - FOTO

Bakıda yol qəzası baş verib, xəsarət alanlar var - FOTO
# 08 avqust 2019 00:15 (UTC +04:00)

Xətai rayonunda 2 avtomobil toqquşub.

"Mercedes" markalı minik avtomobili piyada keçidində piyadaya yol vermək üçün nəqliyyat vasitəsini saxlayan zaman arxadan gələn digər "Mercedes" markalı maşın ona çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən ikisi, 1977-ci il təvəllüdlü Əliyarov Taleh Zəbulla oğlu və 1979-cu il təvəllüdlü Baloğlanov Bakir Şakir oğlu xəsarət alıblar.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, başın sıyrılmış-əzilmiş yarası diaqnozu qoyulub.

Əraziyə DYP və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR