Bakıda yol qəzası zamanı sürücü xəsarət alıb - FOTO

Bakıda yol qəzası zamanı sürücü xəsarət alıb - FOTO
# 19 oktyabr 2023 00:29 (UTC +04:00)

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, hadisə Əbdülvahab Salamzadə küçəsində, Qələbə dairəsi istiqamətində qeydə alınıb.

Belə ki, idarəetməni itirən "Honda" markalı minik avtomobilinin sürücüsü maşını yolayırıcı betona çırpıb.

Qəza nəticəsində sürücü xəsarət alıb.

Əraziyə təcili tibbi yardım avtomobili cəlb edilib. Sürücüyə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Hadisədə yol infrastrukturuna ziyan dəyib. Qəza səbəbindən yolda sıxlıq müşahidə edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR