Azərbaycan yığması Albaniyanı böyük hesabla məğlub edib

Azərbaycan yığması Albaniyanı böyük hesabla məğlub edib
# 26 yanvar 2016 12:43 (UTC +04:00)

Bakı – APA. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyədə keçirilən “Antalya cup” turnirində bu gün 3-cü oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, ilk iki görüşündə qələbə qazanan millimiz bu dəfə Albaniyadan olan həmyaşıdları ilə qarşılaşıb.

Bu matça qədər aktivində 4 xal olan albaniyalılar qalib gələrək liderliyə yüksəlmək niyyətində olsalar da, Yaşar Vahabzadənin yetirmələri rəqibin arzusunu gözündə qoyub.

“Su Səsi” otelinin “A” meydançasında baş tutan qarşılaşmada rəqibin qapısından 4 cavabsız qol keçirən millimiz liderliyini möhkəmlədib. Bütün qollarını 2-ci hissədə vuran yığmamızın hesabında 9 xal var.

Qeyd edək ki, yığmamız ilk turda Ukraynanın U-21 komandasını 2:1, Səudiyyə Ərəbistanının U-20 yığmasını 3:0 hesabı ilə məğlub edib. Komandamız yanvarın 28-də baş tutacaq IV turda Bəhreynin U-20 millisini sınağa çəkəcək.

“Antalya cup”

III tur

26 yanvar

Azərbaycan U-21 – Albaniya U-21 - 4:0

Qollar: Vüqar Mustafayev, 63, Azər Salahlı, 73, Kamal Mirzəyev, 80, Kamran Abdullazadə, 90+2

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR