Lənkəranda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
"Shacman” və "KamAZ” markalı yük maşınlarının toqquşması nəticəsində Lənkəran rayonunun Separadi kənd sakini 48 yaşlı Mircavid Məmmədzadə ağır xəsarət alıb. O, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Araşdırma aparılır.