Balakəndə sürücü avtomobildə yanaraq ölüb - FOTO - YENİLƏNİB-1

Balakəndə sürücü avtomobildə yanaraq ölüb - FOTO  - YENİLƏNİB-1
# 19 avqust 2023 14:46 (UTC +04:00)

Balakən rayonunun Tülü kəndində "Ravon" markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

FHN-dən APA-ya verilən xəbərə görə, yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb.

Hadisə zamanı sürücünün yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı ağac yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

13:37

Bu gün saat 12 radələrində Balakən rayonunun Tülü kəndi ərazisində hərəkətdə olan “Daewoo” markalı minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Tülü kənd sakini Aruz Dinavasovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, hadisə zamanı avtomobildə yanğın baş verib və sürücü də nəqliyyat vasitəsinin içərisində yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

13:30

Balakəndə minik avtomobilində yanaraq ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Tülü kəndi ərazisində baş verib.

Kənd sakini 1988-ci il təvəllüdlü Dinavasov Arus Səidbəy oğluna məxsus "Nexia R3" markalı minik avtomobilində yanğın baş verib.

Yanğın yerinə Balakən YMH-nin texnikaları cəlb olunub. Yanğın qısa müddətdə məhdudlaşdırılıb. Lakin sürücü Dinavasov Arus Səidbəy oğlu avtomobildə yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR