"Bank BTB"dən xarici vətəndaşlar tərəfindən oğurlanan 300 min manat sahiblərinə qaytarılıb

"Bank BTB"dən xarici vətəndaşlar tərəfindən oğurlanan 300 min manat sahiblərinə qaytarılıb
# 27 dekabr 2023 11:15 (UTC +04:00)

“Bank BTB”dən külli miqdarda pul oğurlayan şəxslər müəyyən edilib.

APA xəbər verir ki, bunu Baş Prokurorluğun İnstaqram səhifəsində canlı yayımda qurumun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev deyib.

O bildirib ki, bu il daxili işlər orqanlarına “Bank BTB”dən xarici vətəndaşlar tərəfindən pul oğurlanması ilə bağlı məlumat daxil olub:
“Məlumat əsasında həmin cinayəti törədən şəxslər müəyyən olunub. 300 min manat vəsaitin öz sahiblərinə qaytarılması təmin edilib. Hazırda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində həmin işlə bağlı cinayət işi başlanılaraq istintaqı davam etdirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR