Bərdə sakininin evindən narkotik tapılıb

Bərdə sakininin evindən narkotik tapılıb
# 29 oktyabr 2019 12:03 (UTC +04:00)

Bərdədə sakininin evində narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhər sakini Ş.Əzizovanın evindən 75 qramdan artıq heroin, tiryək, marixuana, 50 qramdan artıq metamfetamin, 45 ədəd metadon, 16 ədəd ekstazi həbləri, həmçinin tiryək və marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR