Bərdədə "Kalaşnikov" avtomatı satmaq istəyən şəxs saxlanılıb

Bərdədə "Kalaşnikov" avtomatı satmaq istəyən şəxs saxlanılıb
# 28 fevral 2024 14:08 (UTC +04:00)

Bərdədə silah-sursat tapıb satış məqsədi ilə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah əldə edərək satış məqsədi ilə saxlamaqda şübhəli bilinən rayon sakini Hüseynov Alı Allahverdi oğlu silah-sursatı 600 manata satmaq istəyərkən tutulub. Ondan 1 ədəd "Kalaşnikov" avtomatı və həmin silaha məxsus 1 ədəd daraq, 56 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə Rayon Polis şöbəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR