Bərdədə qatar qadını vurub, qadının bir qolu amputasiya edilib

Bərdədə qatar qadını vurub, qadının bir qolu amputasiya edilib
# 25 oktyabr 2019 09:04 (UTC +04:00)

Bərdənin Alaçadırlı kəndində məskunlaşan Ağdam rayon sakinini qatar vurub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Köçərli-Bakı sərnişin qatarının vurduğu 1978-ci il təvəllüdlü Quliyeva Mənsurə Fərhad qızı Bərdə Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Həkimlər M.Quliyevanın sol qolunu çiyindən amputasiya ediblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR