Biləcəridə quru otluq sahədəki yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

Biləcəridə quru otluq sahədəki yanğın söndürülüb  - VİDEO  - YENİLƏNİB
# 05 avqust 2023 18:27 (UTC +04:00)

Xəbər verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində açıq sahədə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-dən APA-ya verilən məlumata görə, havanın küləkli olmasına baxmayaraq, yanğınsönsürənlərin səyi ilə yanğın geniş əraziyə yayılmasına imkan verilmədən 20 dəqiqə ərzində məhdudlaşdırılmaqla, qısa müddətdə tam söndürülüb.

Yanğın nəticəsində təxminən 1,5 hektar sahədə quru ot, kol-kos və dəmiryolu şpalları yanıb. Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib.

***

17:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində quru otluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR