Biləsuvarda baş verən qəzada sürücü xəsarət alıb

Biləsuvarda baş verən qəzada sürücü xəsarət alıb
# 05 avqust 2023 21:36 (UTC +04:00)

Biləsuvarda iki nəqliyyat vasitəsi toqquşub.

APA-nın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Bəydili kəndində qeydə alınıb.

"VAZ-2107" markalı minik avtomobili "VAZ-2105" markalı minik avtomobili ilə toqquşub. Toqquşma nəticəsində "VAZ 2105" in sürücüsü Mirzə Adışlı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR