Biləsuvarda "SƏBA" şirkətinin avtomobili qəzaya düşüb, ölən var - YENİLƏNİB

Biləsuvarda "SƏBA" şirkətinin avtomobili qəzaya düşüb, ölən var - YENİLƏNİB
# 16 dekabr 2023 13:52 (UTC +04:00)

Biləsuvarda baş verən qəzada ölən və yaralanan şəxslər Lənkəran rayon sakinləridir.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Ələt-Astara magistralının 88-ci km-də Biləsuvar rayonu ərazisində baş verən qəzada Lənkəran rayonunun Liman şəhər sakini 1995-ci il təvəllüdlü Vüqar Heyrət oğlu Əsgərli ölüb. Həmin nəqliyyat vasitəsində olan Lənkəran rayonunun Hirkan qəsəbə sakini 1965-ci il təvəllüdlü Tofiq Abbas oğlu Salahlı baş nahiyəsindən xəsarət alaraq Biləsuvar Rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, onların idarə etdiyi nəqliyyat vasitəsi "SƏBA" şirkətinə məxsus olub.

Faktla bağlı araşdırma davam etdirilir.

***

12:28

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili yük avtomobilinə çırpılıb. Qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Xəsarət alan şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR