Biləsuvarda "VAZ-21011" yük avtomobili ilə toqquşub, xəsarət alanlar var

Biləsuvarda "VAZ-21011" yük avtomobili ilə toqquşub, xəsarət alanlar var
# 29 oktyabr 2023 08:38 (UTC +04:00)

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Cənub bürosu xəbər verir ki, hadisə gecə saatlarında rayonun Günəşli kəndi ərazisində qeydə alınıb. Rayonun İsmətli kənd sakini Müqəddəs Babayevin idarə etdiyi "VAZ-21011" markalı minik avtomobil hərəkətdə olarkən yük avtomobili ilə toqquşub.

Qəzada sürücü və həmkəndliləri olan sərnişinlər - Xəyal Pənah oğlu Əliyev və Tural Xudabaxış oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR