“Binə” və “Sədərək” ticarət mərkəzlərinin ərazilərini su basıb, xilasetmə qüvvələri cəlb edilib - VİDEO

“Binə” və “Sədərək” ticarət mərkəzlərinin ərazilərini su basıb, xilasetmə qüvvələri cəlb edilib - VİDEO
# 28 avqust 2023 09:28 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, intensiv yağıntılarla əlaqədar Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” və “Sədərək” ticarət mərkəzlərinin ərazisinin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.

Bu barədə APA-ya FHN-dən bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar olaraq Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri ərazilərə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Hal-hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR