Binəqədidə yaşayış massivində kişi meyiti tapılıb

Binəqədidə yaşayış massivində kişi meyiti tapılıb
# 15 iyun 2019 00:51 (UTC +04:00)

Bakının Binəqədi rayonunda naməlum səbəbdən ölən şəxsin meyiti tapılıb.

APA xəbər verir ki, ölüm hadisəsi Binəqədi rayonunda baş verib.

Belə ki, “Motodrom” yeni yaşayış massivində küçədə naməlum səbəbdən ölən 1961-ci il təvəllüdlü Vəliyev Rəcəb İsa oğlunun meyiti tapılıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR