Suriya üzrə danışıqlar bir neçə günlük təxirə salına bilər

Suriya üzrə danışıqlar bir neçə günlük təxirə salına bilər
# 21 yanvar 2016 17:48 (UTC +04:00)

Bakı-APA. Yanvarın 25-nə planlaşdırılmış Suriyaya dair danışıqlar, çox güman ki, bir neçə günlük təxirə salınacaq. APA-nın “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Suriya üzrə xüsusi elçisinin mətbuat katibi Cessi Şain bildirib.

Onun sözlərinə görə, danışıqların tarixinin “praktiki səbəblərdən” dəyişdiriləcəyi ehtimal olunur.

Bundan əvvəl ABŞ dövlət katibi Con Kerri də Suriya üzrə danışıqların bir-iki günlük təxirə salınacağını ehtimal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR