Salyanda törədilən qətlin üstü açılıb, meyit eksqumasiya olunur

Salyanda törədilən qətlin üstü açılıb, meyit eksqumasiya olunur
# 05 oktyabr 2016 10:08 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Salyan rayonunda törədilən qətl hadisəsinin üstü açılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bir müddət əvvəl ölən Salyan rayon sakini, 1990-cı il təvəllüdlü Gülşən Feyziyevanın xəstəlikdən vəfat etdiyi açıqlansa da, ölüm faktı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən şübhələr yaranıb.

Salyan rayon Prokurorluğunun apardığı araşdırmalar zamanı G.Feyziyevanın həyat yoldaşı - 1983-cü il təvəllüdlü Məmmədağa Quliyev tərəfindən qətlə yetirdildiyi barədə məlumatlar ortaya çıxıb.

Məmmədağa Quliyev polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb. O, həyat yoldaşının xəstəlikdən öldüyünü, ona yas mərasimi keçirdiyini deyib.

Salyan rayon Prokurorluğu isə qadının meyitinin qəbirdən çıxarılmasına, ekspertizadan keçirilməsinə qərar verib. Hazırda qadının meyitinin eksqumasiyasına başlanıb.

Meyit Salyan rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzinə müayinə olunmaq üçün təhvil veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR