Azərbaycan banklarının xarici borclanması artmaqdadır - TƏHLİL

Azərbaycan banklarının xarici borclanması artmaqdadır - <span style="color: red;">TƏHLİL
# 09 mart 2016 14:19 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 3 mlrd. 450,3 mln. manat və ya 69,91% artaraq 2016-cı ilin fevralın 1-ə 8 mlrd. 385,9 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ötən ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvarında bankların xarici borclanması 1 mlrd. 814 mln. manat və ya 2,21% artıb.

Ümumiyyətlə, 2015-ci ilin yanvarı ilə müqayisədə fevralda bankların məcmu xarici öhdəliklərin həcmi 2 mlrd. 532,6 mln. manat və ya 51,31% artıb. Fevral ilə müqayisədə martda bankların məcmu xarici öhdəliklərin həcmi 130,1 mln. manat və ya 1,74%, mart ilə müqayisədə apreldə 207,6 mln. manat və ya 2,83%, aprel ilə müqayisədə mayda 148,4 mln. manat və ya 2,08%, may ilə müqayisədə iyunda 353 mln. və ya 5,06%, iyun ilə müqayisədə iyulda 67,7 mln. manat və ya 1,02%, iyul ilə müqayisədə avqustda 315,2 mln. manat və ya 4,8% azalıb. Avqust ilə müqayisədə sentyabrda bankların xarici borclanması 39 mln. manat və ya 0,62% artıb. Sentyabr ilə müqayisədə noyabrda məcmu xarici öhdəliklərin həcmi 761 mln. manat və ya 1,24% azalıb. Amma noyabr ayı ilə müqayisədə dekabrda bankların xarici borclanması 2 mlrd. 137,4 mln. manat və ya 35,23% artıb.

Göründüyü kimi, fevralda bankların xarici öhdəliklərinin kəskin artımı baş verib. Aydındır ki, bankların xarici borclanmasında kəskin artıma əsasən fevralın 21-də Azərbaycan Mərkəzi Bankının manatın məzənnə korreksiyası ilə bağlı qərarı təsir edib. Amma martdan başlayaraq bankların borclanması azalmağa başlayıb. Amma sentyabrda kommersiya banklarının xarici öhdəliklərinin həcmi yenidən artıb. Oktyabr və noyabrda bankların xarici borclanmada azalma müşahidə edilib. Ötən ilin dekabrından isə bankların xarici borclanmasında artım başlayıb və bu ilin yanvarında da davam edib.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2016-cı ilin fevralın 1-ə 8 mlrd. 9,5 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 mlrd. 910,9 mln. manat və ya 2,58 dəfə çoxdur. Məcmu xarici aktivlərin həcmində ötən ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvarında 359 mln. manat və ya 4,69%-lik artım baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR