2023-cü ilin 9 ayı ərzində respublika ərazisində 12425 təbii və texnogen mənşəli hadisə baş verib.
APA FHN-ə istinadən xəbər verir ki, bu, 2022-ci ilin I yarımilliyi ilə müqayisədə 2139 hadisə və ya 15% azdır.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 48 nəfər həlak olub, 181 nəfər xəsarət alıb.
Nazirliyin xilasediciləri tərəfindən 25 nəfər xilas edilib, 2587 nəfər təxliyə olunub.