Cəlilabad sakinindən saxta pul götürülüb

Cəlilabad sakinindən saxta pul götürülüb
# 24 iyun 2019 13:18 (UTC +04:00)

Cəlilabad sakinindən saxta pul götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri N.Süleymanovdan və Y.Şükürovdan 8 ədəd 100 manatlıq saxta əskinaslar götürülüb.

Araşdırmalarla onların saxta əskinasları həmyerliləri E.Niftiyevdən aldıqları müəyyən edilib.

Görülmüş tədbirlərlə E.Niftiyev də saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR