Cəlilabadda avtomobil ağaca çırpılıb - FOTO

Cəlilabadda avtomobil ağaca çırpılıb - FOTO
# 26 mart 2024 19:30 (UTC +04:00)

Cəlilabad rayonunda yol qəzası olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara magistralının Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, F. Tağıyevanın idarə etdiyi "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü xəsarətl alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR