Cəlilabadda avtomobilin vurduğu piyada ölüb - YENİLƏNİB

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb - YENİLƏNİB
# 16 dekabr 2023 20:23 (UTC +04:00)

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, dekabrın 16-sı saat 18 radələrində Cəlilabad rayon sakini Alxas Ağayev idarə etdiyi "VAZ-21214" (Niva – red.) markalı avtomobillə rayonun Uzuntəpə kəndi ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən piyada - 1974-cü il təvəllüdlü Lalə Rüstəmovanı vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

19.34

Cəlilabadda nəqliyyat vasitəsi piyadanı vurub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. "Niva" markalı minik avtomobili hərəkətdə olarkən piyada olan Lalə Rüstəmovanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR