Cəlilabadda yol qəzası olub, ölən var

Cəlilabadda yol qəzası olub, ölən var
# 14 mart 2024 18:25 (UTC +04:00)

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, qəza Ələt-Astara magistralında, Cəlilabad rayonu ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən APA-ya bildirilib ki, hadisə saat 15:30-da Ələt-Astara magistralının 123-cü km-də, Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində qeydə alınıb. "Hyundai Getz", 99 XV 217 dövlət nömrə nişanlı minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə nasaz vəziyyətdə dayanan, Lənkəran rayon sakini 1957 - ci il təvəllüdlü Şamil Suli oğlu Mirzəyevə məxsus "Mercedes" markalı, 99 CE 542 dövlət nömrə nişanlı avtomobilə arxadan çırpılıb.

Qəza nəticəsində "Mercedes" avtomobilinin yanında dayanan sürücü Ş.Mirzəyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR