Cəlilabadda yolu keçmək istəyən kişini maşın vuraraq öldürüb

Cəlilabadda yolu keçmək istəyən kişini maşın vuraraq öldürüb
# 18 iyun 2019 16:18 (UTC +04:00)

Cəlilabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, 1954-cü il təvəllüdlü Bəybala Rəhim oğlu Qasımov yolu keçmək istəyən zaman minik avtomobili ilə vurulub. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Qəzanı törədən sürücünün şəxsiyyəti hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR