UNICEF: Dünyada hər il təqribən altı milyon uşaq qarşısı alına bilən səbəblərdən ölür

UNICEF: Dünyada hər il təqribən altı milyon uşaq qarşısı alına bilən səbəblərdən ölür
# 21 noyabr 2016 10:00 (UTC +04:00)

“Ötən onilliklərdə dünyada uşaqlar naminə nəzərəçarpan irəliləyişin baş verməsinə baxmayaraq, hələ də dünyada hər il təqribən altı milyon uşaq qarşısı alına bilən səbəblərdən ölür”.

 

Bunu  Ümumdünya Uşaqlar Günü ilə bağlı UNICEF-in Azərbaycandakı nümayəndəsi Edward Carwardine deyib.

 

UNİCEF-in Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə,  Edward Carwardine bildirib ki, yoxsul ailələrdən olan uşaqlar arasında beş yaşına çatmadan ölüm ehtimalı maddi vəziyyəti daha yaxşı olan ailələrin uşaqlarınkından ikiqat yüksəkdir: “Uşaqların potensialını inkişaf etdirmək və onlara öz ailələrinin, cəmiyyət və xalqlarının gələcəyinə davamlı şəkildə töhfə vermək imkanı yaradacaq bacarıq və imkanlar bəxş etmək öhdəliyi götürməklə hər bir uşağın hüquqlarının həyata keçirilməsi bütün ölkələrin dayanıqlı artım və inkişafı üçün olduqca vacib əhəmiyyət kəsb edir”. 

 

Qeyd olunub ki, BMT-nin Baş Assambleyası tərəfindən Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edildiyi vaxtdan etibarən 27 ildir ki, noyabrın 20-də Ümumdünya Uşaqlar Günü qeyd edilir. Azərbaycan UHK-ni 1992-ci ildə ratifikasiya edib. Dünyada ən çox ratifikasiya olunmuş insan haqları müqaviləsi olan UHK-da hər bir insan üçün sağlam, təhlükəsiz, gözəl uşaqlığa dair əsas, universal bir standart müəyyənləşdirilib.

 

E.Carwardine deyib ki, son illərdə milyonlarla azərbaycanlı uşağın həyatının yaxşılaşdırılmasında əhəmiyyətli irəliləyiş baş verdiyinin şahidi olublar: “Azərbaycan öz tarixinə yeni və möhtəşəm səhifələr yazmağa davam edir və bu tarixə bütün uşaqların cəlb edilməsi üçün bundan yaxşı məqam ola bilməz".

 

Bildirilib ki, yoxsulluq səviyyəsinin azalması, ölüm faizlərinin aşağı düşməsi, daha çox uşağın məktəbə gedə bilməsi, uşaq və anaların sağlamlığının yaxşılaşması – bunlar hamısı uşaqlara ciddi diqqət yetirilməsinə sübutdur: "Lakin biz hamımız keçmişdə əldə edilmiş uğurlardan hələlik tam şəkildə yararlanmamış uşaqlardan başlayaraq hər bir uşağa kömək etsək, Konvensiyanın hər bir uşaq üçün reallığa çevrilməsi üçün daha çox iş görə bilərdik".

 

 

Məlumatda o da qeyd olunub ki, UNICEF gələn ay münaqişə, böhranlar, yoxsulluq, qeyri-bərabərlik və ayrı-seçkilik səbəblərindən həyatı və gələcəyi təhlükə altında olan uşaqlara onların həyatını xilas edən yardım, uzunmüddətli dəstək və ümid bəxş etmək naminə dünyada həyata keçirmiş olduğu fəaliyyətin 70 illiyini qeyd edəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR