Şəmkirdə avtomobil kanala aşıb

Şəmkirdə avtomobil kanala aşıb
# 11 fevral 2016 06:45 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Könüllü kəndi ərazisində qeydə alınıb. Aşağı Seyfəli kənd sakini, 1974-cü il təvəllüdlü Atabəy Qurbanəliyev idarə etdiyi “QAZ-31” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın su kanalına aşıb. Nəticədə ağır bədən xəsarəti alan sürücü Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.


Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR