Avqustda Ceyhan limanından dünya bazarlarına çıxarılan neftin həcmi açıqlanıb

Avqustda Ceyhan limanından dünya bazarlarına çıxarılan neftin həcmi açıqlanıb
# 07 sentyabr 2016 10:30 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin avqust ayı ərzində 2 mln. 474 min 405 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu həcmin 1 mln. 273 min 708 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-avqust aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 20 mln. 103 min 252 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il sentyabr ayının 1-ə qədər Ceyhan limanından 311 mln. 297 min 24 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR