Daşkəsəndə silah tapılıb

Daşkəsəndə silah tapılıb
# 23 dekabr 2023 15:08 (UTC +04:00)

Daşkəsən Rayon Polis Şöbəsinə rayonun "köhnə hamam" adlanan ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya məlumata görə, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib. Sözügedən əraziyə baxış keçirilən zaman oradan 1 ədəd "İj" markalı, 32 kalibrli ov tüfəngi aşkarlanıb.

Götürülən maddi sübut müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

Bundan başqa, Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ağackəsmə hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Quşçu kənd sakinin 1 ədəd yaş ağacı kəsməsini müəyyən edib. Şəxs barəsində müvafiq protokol tərtib olunaraq aidiyyəti qurumlarla yönləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR