DİN: Ötən gün yol qəzalarında 8 nəfər ölüb

DİN: Ötən gün yol qəzalarında 8 nəfər ölüb
# 23 noyabr 2019 11:31 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) ötən gün qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

DİN-dən APA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR