DİN: AXCP fəalı aliment öhdəliyindən yayındığı üçün tutulub

DİN: AXCP fəalı aliment öhdəliyindən yayındığı üçün tutulub
# 26 oktyabr 2022 10:25 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) AXCP fəalı Ramid Nağıyevin 24 oktyabrda aksiyada iştirak etdiyinə görə həbs edilməsi iddialarına münasibət bildirib.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı APA-ya bildirib ki, Ramid Nağıyev aksiyada iştirakına görə yox, probasiya xidmətinin təqdimatı əsasında üzərində olan aliment öhdəliyindən yayındığı üçün məhkəmə qərarı ilə 7 gün müddətinə barəsində inzibati həbs tətbiq edilib: "Onun saxlanılmasında siyasi motiv yoxdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR