DİN Gədəbəy sakininin polis tərəfindən döyülməsi barədə iddialara münasibət bildirib

DİN Gədəbəy sakininin polis tərəfindən döyülməsi barədə iddialara münasibət bildirib
# 13 sentyabr 2021 10:40 (UTC +04:00)

“Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Gədəbəy rayon sakini Namiq Tağıyevin Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən döyülməsi ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir və böhtan xarakterlidir”.

APA xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov qeyd edib.

Onun sözlərinə görə, 2020-ci ilin oktyabr ayının 29-da RPŞ-yə Cinayət Məcəlləsinin 322.1-ci (Özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda) maddəsi ilə axtarışda olan Namiq Tağıyevin rayonun Plankənd kəndində olması barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin əraziyə gələrək N. Tağıyevin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində qanunamüvafiq tədbirlər görüb. Lakin bu zaman axtarışda olan şəxs özünü yerə ataraq polis əməkdaşının qanunu tələblərinə tabe olmamaqla bərabər ona daşla müxtəlif xəsarətlər yetirib. Bütün bunlara baxmayaraq N. Tağıyev saxlanılaraq Polis Şöbəsinə gətirilib.


Rayon prokurorluğundan onun barəsində Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılaraq Gədəbəy rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə N. Tağıyev barəsində 4 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR