DSX xüsusi məktəbinə qəbul elan edilib - VİDEO

DSX xüsusi məktəbinə qəbul elan edilib - VİDEO
# 27 yanvar 2022 13:17 (UTC +04:00)

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 5-ci sinfinə şagirdlərin qəbulu elan edilib.

DSX Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlər Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında (www.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı və müvafiq elektron ərizə dolduraraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyat fevraln-1-dən martın 28-dək olacaq.

DSX Xüsusi Məktəbində təhsil Azərbaycan dili bölməsi üzrə aparılır.

Aysel Şahmar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR