DYP: Ötən il yol qəzalarında ölənlərin 32,1, yaralananların 31 faizi təhlükəsizlik kəməri bağlamayıb

DYP: Ötən il yol qəzalarında ölənlərin 32,1, yaralananların 31 faizi təhlükəsizlik kəməri bağlamayıb
# 10 fevral 2024 15:10 (UTC +04:00)

"Təəssüflə qeyd etməliyik ki, 2023-cü il ərzində yol qəzalarında həlak olan sürücü və sərnişinlərin 32,1 faizi, yaralananların isə 31,0 faizi təhlükəsizlik kəmərini bağlamayan şəxslər olub".

APA xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin təhlükəsizlik kəməri ilə bağlı müraciətində deyilir.

"Qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla sürücü və sərnişinlər avtomobildə təhülkəsizlik kəmərini bağlamalıdır. Bununla yanaşı, sürücü hərəkətə başlamazdan əvvəl avtomobildə olan sərnişinlərin təhlükəsizlik kəmərlərini bağlamalarını təmin etməlidir. Yəni, ən azından sürücü bu barədə sərnişinlərə xəbərdarlıq etməlidir", BDYPİ-dən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR