Bakı-Qazax magistralında baş verən qəzada xəsarət alanlardan biri ölüb

Bakı-Qazax magistralında baş verən qəzada xəsarət alanlardan biri ölüb
# 13 fevral 2016 14:19 (UTC +04:00)

Qazax. Azər Məmmədli - APA. Ötən gün Qazaxda baş verən yol-nəqliyyat qəzasında ölənlərin sayı üçə çatıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, xəsarətlə Qazax Diaqnostika Mərkəzinə yerləşdirilən 34 yaşlı Niyaməddin Vəliyev orada ölüb.

Qeyd edək ki, hadisə Bakı-Qazax magistralının 479-cu kilometrliyində, Qazax rayonu ərazisində qeydə alınıb. Sürətlə idarə olunan “VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq yolayrıcıya çırpılıb. Qəza zamanı sürüsü Qazax rayon sakini 35 yaşlı Elfaq Bəyimov və sərnişin 25 yaşlı Şirxan Əhmədov hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan digər 3 nəfər - 22 yaşlı Sənan Abbaszadə, 34 yaşlı Niyaməddin Vəliyev və 21 yaşlı Vidadi Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qazax Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Mərkəzdən bildirilib ki, tibbi yardım göstərilsə də, N. Vəliyevi xilas etmək mümkün olmayıb.

Qəza nəticəsində avtomobildə sıxılıb qalan sürücü və sərnişinlər FHN-in yanğınsöndürən-xilasediciləri tərəfindən çıxarılıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR